Bu gün Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür

15:30 - 03 / 07 / 2018
Bu gün Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür

3 iyul - Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu gün ən çox istifadə edilən daşıma vasitəsinin – plastik çantaların yaratdığı real və vacib problemlər haqqında maarifləndirmənin gücləndirilməsinə həsr olunub.

Hər il iyulun 3-ü atılan hər bir plastik çantanın insan və gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xatırlatmaq üçün qeyd edilir.

Dünyada hər il bir trilyonadək plastik çantadan istifadə olunur. Aparılan araşdırmalara görə, plastik çantalar insanlar tərəfindən alındıqdan sonra orta hesabla 25 dəqiqə müddətində istifadə olunur və atılır. Həmin çantalar dənizdə 400-500 ilədək, quruda 800 il çürümədən qala bilir və ətraf mühitə ciddi təsir göstərirlər. Hətta okeanların dərinliklərində belə plastik kütlələrdən ibarət “tullantı qayaları” əmələ gəlib.

Bəzi ölkələrdə artıq plastik çantaların istifadəsinə qadağalar tətbiq edilib, bəzilərində isə onlardan istifadənin azaldılması istiqamətində mühüm addımlar atılır. Meksikada, Hindistanda tamamilə, Banqladeş, Şərqi Afrikada yerləşən Ruandanın və Avstraliyanın bir çox şəhərlərində plastik çantaların istifadəsi qadağan olduğu halda, İsveçrə, İsveç, Norveç, Almaniya, Hollandiya kimi ölkələrdə ödənişlidir.

Artıq Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen torbalar və plastik qablardan istifadənin azaldılması üçün tədbirlər görməyə başlayıb. Buna nümunə olaraq “Yaşıl fikirlə sağlam gələcəyə” devizi altında keçirilən aksiyanı göstərmək mümkündür.

1news.az

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər