Nəzakət Məmmədova: Paşinyanın son müsahibəsi zəifliyin və çarəsizliyin təzahüründən başqa bir şey deyil | 1news.az | Xəbərlər
Siyasət

Nəzakət Məmmədova: Paşinyanın son müsahibəsi zəifliyin və çarəsizliyin təzahüründən başqa bir şey deyil

11:30 - 27 / 07 / 2018
Nəzakət Məmmədova: Paşinyanın son müsahibəsi zəifliyin və çarəsizliyin təzahüründən başqa bir şey deyil

Ermənistan baş nazirinin son müsahibəsi yalan, çaşqınlıq üzərində qurulmuş, zəifliyin və çarəsizliyin təzahüründən başqa bir şey deyil. Paşinyanın bütün fikirləri təzadlı, əsassız və biri digərini təkzib edən cəfəngiyyatdan ibarətdir.

Bunu 1news.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova Ermənistanın baş naziri Nikol Paşinyanın “Exo Moskvı” radiostansiyasına verdiyi müsahibəyə münasibət bildirərkən deyib:

“Ondan başlayaq ki, guya Ermənistandan deportasiya olunan azərbaycanlılar gül-çiçəklə yola salınıblar, amma Bakıda, Sumqayıtda, Gəncədə guya ermənilər öldürülüb, əmlakları talanıb. Bunun yalan olduğuna hamımız şahidik. Sovet ordusu isə onun dediyi kimi azərbaycanlılara kömək etməyib, əksinə, 20 yanvarda və Xocalıda azərbaycanlılara qarşı qırğın törədib”.

“Paşinyanın əsas məqsədi Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaqdır”

Rusiyaya münasibətdə də Paşinyanın riyakarlıq etdiyini deyən N.Məmmədova onun əsas məqsədinin Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaq olduğunu söyləyib:

“Paşinyan guya Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda qalacağını, habelə rus sərhəd qoşunlarının Ermənistanın Türkiyə və İranla hüdudlarını qorumağa davam edəcəyini deyir.

Ancaq məlumdur ki, Paşinyanın dövlət çevrilişi yolu ilə hakimiyyətə gətirilməsində ən əsas məqsəd Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaqdır. Bunun əsas şərtlərindən biri isə rus ordusunun Ermənistanı tərk etməsidir. Paşinyanın hakimiyyətə gəldiyi gündən olan bütün fəaliyyəti istisnasız olaraq bunu deməyə əsas verir.

“NATO və Avropa Birliyi Ermənistanı bundan sonra da dəstəkləməyəcək”

Sadəcə, son Brüssel səfərində Ermənistana nə NATO, nə də Avropa Birliyi tərəfindən istədiyi dəstək və təminat verilmədi. Bundan sonra da verilməyəcək. Çunki Paşinyan Avropanın layihəsi deyil. O, okeanın o tayından idarə olunur. Avropa Birliyi isə əksinə, ABŞ-dan fərqli olaraq Rusiya və İranla normal münasibətlər saxlamağa çalışır. Bu səbəbdən Paşinyanı Rusiya və İrana qarşı dəstəkləməyəcək.

Avropa və ABŞ-ın birgə təsisatı olan NATO isə Ermənistana yox, Gürcüstan və Ukraynaya istinad etməyi planlaşdırır. Gürcüstanda avqustun 1-dən 15 günlük “Nəcib tərəfdaş” təlimləri başlayır. NATO baş katibi Yens Stoltenberq Gürcüstan və Ukraynanın təşkilata birlikdə qəbul ediləcəyini, Qara dəniz hövzəsini öz orbitinə daxil ediləcəyini deyib və Putin də buna cavab verəcəkləri xəbərdarlığını edib. Ermənistan bu planlara daxil deyil və heç bir təminat ala bilməyib. Odur ki, Brüsseldə diplomatik uğursuzluğa düçar olan Paşinyan Rusiyaya qarşı ritorikaya keçməyə cəsarət etməyərək müsahibəsində daha ehtiyatlı mövqe tutub. Hələ ki, sözdə guya Rusiyaya qarşı olmadığına inandırmağa çalışır”.

“Metsamorda qəza baş versə Ermənistan böyük texnogen fəlakətlə üzləşəcək”

Digər tərəfdən bu gün Ermənistanın çox böyük problemlərinin olmasına diqqət çəkən politoloq bildirib ki, ölkə bütün sahələrdə bərbad vəziyyətdədir. Geosiyasi ziddiyyətlər məngənəsində sıxılan ölkə üstəlik iqtisadi, enerji, nəqliyyat-kommunikasiya problemlərini həll edə bilmir:

“Metsamor stansiyasını 2040-cı ilədək istismar edəcəklərini deyən baş nazir ölkəsinin yeni AES inşa etməyə maddi vəsaitinin olmadığını deyir. Hərbi texnikanı və sursatı da Rusiyadan kreditlə alır. Üstəlik, qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı olan Azərbaycandan fərqli olaraq, Ermənistan heç sovet dövründən qalma dəmir yollarını belə bərpa edə bilmir.

Rusiya ilə tək əlaqə vasitəsi olan Yuxarı Lars yolu bərbad vəziyyətdədir. Halbuki, Azərbaycan Çindən İngiltərəyədək uzanan nəqliyyat qovşagında, eləcə də Rusiyadan Hindistanadək uzanan Şimal-Cənub layihələrində ən əsas ölkədir.

Bizdə Mingəçevirdə texnogen qəza baş verəndə bunu Ermənistan mətbuatı ajiotajla qarşıladı. Halbuki, yararsız Metsamorda qəza baş verərsə, Ermənistanın böyük texnogen fəlakətlə üzləşəcəyi qaçılmazdır. Bu, bütün region üçün təhdiddir və Prezident İlham Əliyev müvafiq bəynəlxalq tədbirlərdə bunu diqqətə çatdırıb”.

“Bu, Ermənistanda çox böyük daxili qarşıdurmaya səbəb ola bilər”

Paşinyanın daxili və xarici siyasətdə çıxılmaz duruma düşdüyünü və bu çətinliklərin öhdəsindən gəlməyə qadir olmadığını deyən N.Məmmədova Paşinyanın müsahibəsində bunun açıq-aşkar sezildiyini bildirib:

“Məsələn, o, hökumətin erkən parlament seçkilərilə bağlı planlarını açıqladı. Lakin müxalifətdə olan Respublika partiyası erkən seçkilərin olmayacağını və 2022-ci ildə keçiriləcəyini deyib. Bu, Ermənistanda çox böyük daxili qarşıdurmaya səbəb ola bilər. Çunki Putin də erkən seçkilərin olmayacağını deyib. Sarkisyanın partiyasını, demək Rusiyayönümlü Respublika partiyasını parlamentdən uzaqlasdırmaq cəhdləri Paşinyanın Rusiya ilə açıq savaşı deməkdir və bunun nəticələri ağır ola bilər.

Görünür, Paşinyan 102-ci bazadan əvvəl Rusiyanın təsirini Ermənistan parlamentində zəiflətməyə çalışır. Lakin onun buna sakitliklə nail olacağı inandırıcı deyil. Bütün bu uğursuzluqların fonunda onun populizmlə məşğul olması, məsələn, oğlunu Qarabağa hərbi xidmətə göndərməsi olduqca zəif bir demarş cəhdidir”.

Politoloq Prezident Əliyevin Putinin dəvəti ilə avqust ayında Rusiyaya səfəri ərəfəsində Paşinyanın narahatlıgının xeyli artdığını da bildirib:

“O, Rusiya və Belarusla Azərbaycana silah satışının dayandırılması ilə bağlı danışıqlar aparacaqlarını deyir. Əvvəla, silah satmaq və almaq hər ölkənin suveren hüququdur. Digər tərəfdən, Ermənistan özü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkə kimi öz müttəfiqlik öhdəliyinə sadiq qalmayaraq NATO-ya can atırsa Rusiya və Belarusdan hansı müttəfiqlik gözləyə bilər?!”.

Babək Cahandarov

Paylaş:
1453

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər