Gəncədə əri qadını baş nahiyəsindən bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə əri qadını baş nahiyəsindən bıçaqlayıb

15:15 - 10 / 11 / 2025
Gəncədə əri qadını baş nahiyəsindən bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başından bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Dərhal qadının yarası tikilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 32 yaşlı qadına həyat yoldaşı başından bıçaqla xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
430

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər