Hacı Şahin: Əzadarlıq məclisləri gənclərdə vətənpərvərlik hisslərinin yüksəlməsinə imkan verir – VİDEO

1news.az TV-də yayımlanan “Sözün Düzü” verilişinin budəfəki qonağı Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşhədi Dadaş” məscidində imamı Hacı Şahin Həsənli olub.
1news.az-ın verdiyi xəbərə görə, verilişin mövzusu “Məhərrəm ayı, ənənələr və xurafatlar” olub.
Hacı Şahin Həsənli canlı yayım zamanı mövzu ilə bağlı ətraflı danışaraq, verilən sualları cavablandırıb, Məhərrəm ayında baş verən hadisələrdən bəhs edib.
Eləcə də din xadimi müasir dövrümüzdə Aşura məclislərinin keçirilməsindən, bu ayın İslam aləmindəki dəyərindən geniş söhbət açıb.
Hacı Şahin Həsənlinin fikirlərinə görə, əzadarlıq məclisləri gənclərdə vətənpərvərlik hisslərinin yüksəlməsinə imkan verir, Aşura günü qanvermə aksiyalarında iştirak daha bəyənilən əməldir.
Verilişin tam versiyasına bu linkdən baxa bilərsiniz.
S.Xankişiyeva