Orxan Fikrətoğlu İTV-də efirə çıxacaq

Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu İctimai Televiziyada (İTV) işə başlayıb.
1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, tanınmış teleaparıcı “Halbuki” adlı yeni layihə ilə günün əsas xəbərini şərh edəcək.
Televiziyanın İnformasiya Departameninin nəzdində yer alacaq veriliş 17-sentyabrdan etibarən həftə içi hər gün saat 20:50-də efirə çıxacaq.
S.Xankişiyeva
905