Həyatın 19 qanunu: onlarla hər gün qarşılaşırıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyatın 19 qanunu: onlarla hər gün qarşılaşırıq

10:30 - 17 / 09 / 2018
Həyatın 19 qanunu: onlarla hər gün qarşılaşırıq

Bəzən elə qanunauyğunluqlarla qarşılaşırıq ki, biz bir anlıq inanırıq ki, həyatı hansısa qanunlar idarə edir.

1news.az İslaminsesi.info-ya istinadən həyatın 19 qanununu təqdim edir.

1. Bənzərlik qanunu- Bizim həyatımızda təsadüfi heç nə yoxdur. Biz qeyri-şüuri olaraq özümüzə bənzərləri özümüzə doğru çəkərik.

2. Qeyri-mümkünlük qanunu- İnsan qeyri-mümkün nəyisə arzu edəndə işə düşür. Çalışmalıdır öz qüvvəsi daxilində olanı arzu etsin.

3. Bob qanunu- Əgər Bobun hər kəslə problemi varsa, onda Bob hər kəs üçün problem olur.

4. Özünü boğmaq qanunu- İnsanın malik olduğu fikirləri daim inkar etməsi nə vaxtsa üzə çıxır. İnsanın öz hislərini və fikirlərini boğması onun üçün heç də yaxşı nəticələnmir.

5. Şlaqbaum qanunu- Bəzən insana qəfil bir şans doğulur. O an insan cəld qərar verməli və daxilində yatan şlaqbaum maneəsini aşmalıdır. Gözləmək isə bu şansın əldən çıxmasına səbəb ola bilir.

6. Hesab qanunu- İnsan hər zaman hesab verməyə məcburdur. Etdiklərimiz üçün də, etmədiklərimiz üçün də əvvəl-axır hesab ödəməli oluruq. Yadınızda saxlayın, uğursuzluqlardan qaçmaq sizi heç də xoşbəx etməyəcək.

7. Qapılar qanunu- Bizim həyatımız seçimlər zəncirindən ibarətdir. Seçim hər zaman vardır. Bu yalnız onda alınmaz ki, biz heç bir seçim etməyək. Yalnız bunu unutmaq lazım deyil ki, ən yaxşı hərəkət doğru qərar verməkdir. Biz bir qapını seçərkən digər qapıdan vaz keçmiş oluruq.

8. Cazibə qanunu- Bizim istədiklərmizi həyat bizə verir. Lakin qeyri-şüuri olaraq gözlədikdə əlimizə heç nə keçmir.

9. Məhdudlaşdırmaq qanunu 1- Hər şeyi planlaya bilmərik. Bəzi hadisələr bizim iradəmizdən kənarda baş verir. Biz həmin hadisələrə görə məsuliyyət daşımırıq.

10. Məhdudlaşdırmaq qanunu 2- İnsan hər şeyə nail ola bilməz. Nələrsə həmişə kifayət etməyəcək. Xoşbəxtliyin açarı nəyə maliksənsə onunla xoşbəxt olmaqdır.

11. Qanunauyğunluq qanunu- Bir hadisə ilk dəfə baş verirsə, onu təsadüf, ikinci dəfə baş verirsə üst-üstə düşmə, üçüncü dəfə baş verirsə qanunauyğunluq kimi dəyərləndirilməlidir.

12. Fasilə qanunu- Həyatınızda azacıq fasilə götürüb dincəlmək istəyirsinizsə, onu elə bu an edin. Həyatdan gələcək hədiyyəni gözləməyin. Əgər harasa getməyəcəksinizsə, bu elə də qalacaq.

13. Taksi qanunu - Taksi sizi nə qədər uzun yola aparsa, bu o qədər sizə baha başa gələcək. Eləcə də səhv yolla nə qədər uzun getsək, geri dönmək o qədər çətin və baha başa gəlir.

14. Düşüncə qanunu- Bizim xarici dünyamız bizim düşüncələrimizin məhsuludur. Özümüzün uğursuzluğumuzu başqalarında axtarmağa ehtiyac yoxdur.

15. Yolun yarısı qanunu- Başqa insanla münasibətdə sizin zonanız - yolun yarısıdır. Əgər çox irəliləsəniz, onun zonasına girmiş olacaqsınız. Bu sizə nə dərəcədə lazımdır?!...

16. Harmoniya qanunu- İnsan hər şeydə harmoniya axtarır. Özü ilə əla harmoniyada olan insan başqaları ilə də əla yola gedir.

17. Güzgü qanunu- Əgər insan başqalarını qıcıqlandırırsa, özünü də qıcıqlandırmış olur. İnsan başqalarını özünə güzgü etməyi bacarmalıdır. Səhvləri yalnız belə düzəltmək olar.

18. Zəncirvari reaksiya qanunu- Əgər özünüzün pis əhval-ruhiyyənizə məğlub olsanız, bir uğursuzluq digərlərini çəkəcək. Əgər bütün günü arzularla oturub-dursaq bu fantaziyalar heç vaxt reallaşmayacaq. Ona görə də dərhal işə başlamaq lazımdır ki, işlər reallaşsın.

19. Həyatın mənası qanunu- Hər bir insanın müxtəlif həyat mərhələlərində dəyişən həyat mənaları var. Lakin əsas həyat qayəsi dəyişmir.

1news.az

Paylaş:
3207

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər