“Yeriyə bilmədim” – müğənni ağır qəzadan sonra ilk dəfə efirdə – VİDEO
ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı meyxanaçı Vasif Əzimov və müğənni Zeynəb Həsəni olub.
1news.az-ın Big.az-a istinadən verdiyi xəbərə görə, qəzadan sonra ilk dəfə efirdən tamaşaçıları salamlayan müğənni, sağlıq durumundan danışıb
“Mən biraz kənara çəkildim. Bir ara özümə qapandım. Heç bir yerə müsahibə də verə bilmədim, efirə də çıxa bilmədim. Sonra gördüm ki, ruhən çox passivləşdim. Şok keçirdim, yeriyə bilmədim, ağrı-acı... İndi biraz ağsaqlıq qalıb”.
Qeyd edək ki, müğənni Zeynəb Həsəni və həmkarı Türkan Vəlizadə 2 iyun gecə saatlarında avtomobil qəzasına düşümüşdü.
1news.az
3164