Dünya əhalisi qocalır | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya əhalisi qocalır

14:24 - 01 / 10 / 2018
Dünya əhalisi qocalır

Bu gün Beynəlxalq Ahıllar Günüdür.

1news.az-ın məlumatına görə, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilib, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar İli elan olunub.

BMT-nin hesablamalarına görə, hazırda dünya əhalisinin hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər beş nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər üç nəfərdən biri 60 və daha yuxarı yaşda olacaq.

Azərbaycanda isə ahıllar əhalinin yalnız 9 faizini təşkil edir. 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” qanun qəbul edilib. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.

1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.

Babək Cahandarov

Paylaş:
574

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər