İsveçrənin təhsil naziri Bakıya səfər edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçrənin təhsil naziri Bakıya səfər edəcək

22:39 - 01 / 10 / 2018
İsveçrənin təhsil naziri Bakıya səfər edəcək

İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar naziri Mauro Dell’Ambrogio, bu ölkənin təhsil sisteminin nümayəndə heyəti ilə birlikdə 29-30 oktyabr 2018-ci il tarixlərində Azərbaycana səfər edəcək.

Bu barədə razılıq, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri X.İbrahimova iləMauro Dell’Ambrogio arasında keçirilmiş görüş zamanı əldə olunub.

Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə danışıqların aparılması nəzərdə tutulur. Bundan başqa, İsveçrənin peşə təhsili sistemi sahəsində təcrübəsinin araşdırılması imkanları da müzakirə olunacaq.

İsveçrədə iqtisadi inkişaf və minimum işsizlik səviyyəsinin təmin olunmasında bu ölkənin peşə təhsili sistemi əsas rol oynayır. ABŞ və bir sıra Avropa ölkələri İsveçrənin qlobal miqyasda aparıcı sayılan peşə təhsilinin öyrənilməsi və tətbiqi istiqamətində konkret addımlar atıb.

İsveçrədə peşə təhsili ilə yanaşı, orta və ali təhsil sistemi də dünyanın ən inkişaf etmiş modellərindən hesab olunur. Röytersin 2018-ci il sıralamasına əsasən İsveçrənin dörd universiteti Avropada ən yenilikçi on beş universiteti arasına daxil olub.

1news.az

Paylaş:
413

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər