Akiv Çovdarovu yenidən məhkəməyə verdilər: “Oteldə iki qızla olanda məni MTN-ə apardılar” | 1news.az | Xəbərlər
Cəmiyyət

Akiv Çovdarovu yenidən məhkəməyə verdilər: “Oteldə iki qızla olanda məni MTN-ə apardılar”

12:54 - 01 / 10 / 2018
Akiv Çovdarovu yenidən məhkəməyə verdilər: “Oteldə iki qızla olanda məni MTN-ə apardılar”

Həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və onun keçmiş işçisi, polkovnik Səlim Məmmədov məhkəməyə verilib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, həmin şəxslərin cinayət işində zərərçəkmiş qismində tanınan, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Neman Kərimov bu dəfə onlarla bağlı məhkəmə müraciət edib.

N.Kərimov A.Çovdarov və S.Məmmədovun barəsində mülki qaydada Xəzər Rayon Məhkəməsinə iddia irəli sürüb.

Belə ki, o, general və polkovnikdən 216 min manat dəyərində həm mənəvi, həm də maddi təzminat tələb edib.

Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Kərimovun iddiası təmin edilməyib.

Qeyd edək ki, 2015-ci ildə həbs edilən A.Çovdarov və S.Məmmədovun ittiham aktına əsasən, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov “Elit” otelində iki qızla qalarkən MTN əməkdaşları basqın edib və onları nazirliyə aparıblar. Nazirliyin inzibati binasında isə ona Sevinc Rüstəmovaya 30 min manat borcu olduğunu deyiblər.

Daha sonra MTN əməkdaşları N.Kərimovu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib və 80 min manata razılaşıblar. N.Kərimovun dayısı Zakir Mövsümov 80 min manat pul gətirərək, MTN zabitlərinə verib və onu buraxıblar.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

1news.az

Paylaş:
2728

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər