Heydər Əliyev Mərkəzində dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert olacaq

10:28 - 02 / 10 / 2018
Heydər Əliyev Mərkəzində dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert olacaq

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq.

Mərkəzdən 1news.az -a verilən məlumata görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Tamaşaçılara görkəmli bəstəkarlar Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri təqdim olunacaq.

Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edəcək.

1news.az 

Paylaş:
485

Son xəbərlər

Biləsuvarda işıq olmayacaq

27 / 12 / 2025, 10:44
Bütün xəbərlər