Bakı metrosunda gənc qızdan çağırış – “Qorxmayın, qorxutmayın” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda gənc qızdan çağırış – “Qorxmayın, qorxutmayın” – VİDEO

11:46 - 02 / 10 / 2018
Bakı metrosunda gənc qızdan çağırış – “Qorxmayın, qorxutmayın” – VİDEO

Sosial şəbəkələrədə maraqlı video yayılıb.

1news.az
-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, videonu fiziki imkanları məhdud olan gənc xanım Bakı metrosunda çəkdirib. Görüntülərdəki xanım adının Cəmilə Məmmədli olduğunu bildirib.

Gənc xanım Bakı metrosundan rahat istifadə etdiyini bildirib.

“İlk dəfə metrodan Türkiyədə istifadə etmişəm. Lifti var idi və çox rahat idi. Bu gün həyatımda ilk dəfə Azərbaycanda metrodan istifadə etdim. “Həzi Aslanov” stansiyasından “Gənclik” stansiyasına qədər gəldim. Eskalator və pilləkənlərdə kömək etdilər”, - deyə Cəmilə Məmmədli bildirib.

Gənc xanım bildirib ki, Bakı metrosundan istifadə etmək çətinlik yaratmayıb. Cəmilə Məmmədli özü kimi fiziki imkanları məhdud olan insanlara da səslənib.

“Nə yalan deyim, düşündüyümdən daha asan oldu. Təbii ki, lift və ya başqa qurğu olsaydı, heç kəsə ehtiyacım olmazdı. Yanımda olan Rəfiqəmə də xüsusi təşəkkürlər. Həmçinin, bütün kömək edənlərə sağol deyirəm.

Özümün valideynləri də başda olmaqla bütün əlilliyi olan insanların valideynlərinə və özlərinə "qorxmayın, qorxutmayın" deyirəm”.

Qeyd edək ki, Əlillərin və fiziki imkanları məhdud insanların metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə Bakı Metropoliteni tarixində ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəyə start veriləcək.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəımiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, məqsəd əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır:

"Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil.

Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür.

Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır".

1news.az

Paylaş:
1212

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər