Qatar qəzasında yeganə övladını itirən ananın intihar xəbəri yalan çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qatar qəzasında yeganə övladını itirən ananın intihar xəbəri yalan çıxdı

13:05 - 03 / 10 / 2018
Qatar qəzasında yeganə övladını itirən ananın intihar xəbəri yalan çıxdı

Oktıyabrın 1-i Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində dünyasını dəyişən 7-ci sinif şagirdi Dadaşzadə Yusif Tahir oğlunun anası ötən gün intihara cəhd edib.

1news.az xəbər verir ki, məlumatı Milli.Az-a ölən şəxsin qonşuları veriblər. Yusifin anasının həyatını son anda yaxınları xilas edə biliblər.

Qeyd edək ki, bir sıra KİV-lərdə Yusif Dadaşzadənin anasının intihar etməsi ilə bağlı xəbərlər yayılıb.

Xatırladaq ki, oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 34 nəfər xəsarət alıb, iki nəfər ölüb. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.

1news.az

Paylaş:
503

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər