Şəkidə gənc qız intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə gənc qız intihar edib

09:12 - 03 / 10 / 2018
Şəkidə gənc qız intihar edib

Şəki rayonunda intihar hadisəsi baş verib.

1news.az “report”a istinadla xəbər verir ki, hadisə ötən gün Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazisindəki Abbaslı yaşayış massivində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 21 yaşlı S.Mirzəyevanın hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

1news.az

Paylaş:
592

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər