Lift qəzasında ölən qadının görüntüləri yayıldı – VİDEO – YENİLƏNİB

Bu gün baş verən bədbəxt hadisədə həlak olan Mahirə Yusifovanın cəsədinin hadisə yerindən çıxarılması anının vidiosu yayılıb.
1news.az-ın Yenicag.az-a istinadla verdiyi xəbərə görə, videoda həlak olmuş qadının nəşinin avtomobilə qoyularaq ekspertizaya aparıldığı bəlli olur.
Hadisə yerində olan aidiyyəti qurumların əməkdaşları hadisə barəsində açıqlama verməyin tez olduğunu, yalnız ekspertizadan sonra səbəblərin dəqiq bilinəcəyini bildirib.
15:26
Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
1news.az-ın yenicag.az-a istinadla verdiyi xəbərə görə, 5-ci mikrorayonda Asif Məhərrəmov 44a ünvanında yerləşən yaşayış binasının təmirdə olan lifti zənciri qırılaraq şaxtaya düşüb.
Bu zaman aşağıda təmizlik işləri aparan xadimə liftin altında qalıb. Onun elə hadisə yerindəcə keçindiyi bildirilir.
S.Xankişiyeva