Bərdədə yük maşını “Jiquli” ilə toqquşdu, 4 nəfər öldü – VİDEO

Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.
Nuriyev Raqif Səxavət oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə “VAZ-21011” maraqlı minik avtomobili toqquşub.
Qəza nəticəsində “Jiquli”nin Goranboy rayon sakinləri olduğu ehtimal edilən sürücüsü, həmçinin maşında olan iki qadın və bir uşaq həyatını itirib.
Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.
1news.az
1476