Şəmkirdə dəhşət: iki uşaq anası özünü asıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə dəhşət: iki uşaq anası özünü asıb

21:56 - 04 / 10 / 2018
Şəmkirdə dəhşət: iki uşaq anası özünü asıb

Şəmkir rayonunda iki uşaq anası intihar edib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Aytac Dəmir qızı Rüstəmova atası evində özünü asaraq öldürüb.

İlkin məlumata görə, intihara səbəb qadının həyat yoldaşı ilə aralarında yaranmış narazılıq səbəb olub. A.Rüstəmova iki azyaşlı uşaq anası olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
1289

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər