Bərdədəki dəhşətli qəzada ölən 4 nəfərin adları məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədəki dəhşətli qəzada ölən 4 nəfərin adları məlum olub

11:06 - 04 / 10 / 2018
Bərdədəki dəhşətli qəzada ölən 4 nəfərin adları məlum olub

Bərdə rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

1news.az-ın İnterAz-a istinadən verdiyi xəbərə görə, hadisə Goranboy rayonunun Dəliməmmədli kənd sakini Vəliyev Azər Məmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı 22-BM-803 dövlət nömrə nişanlı avtomobillə Goranboy rayon sakini Nuriyev Raqib Səxavət oğlunun idarə etdiyi "HOVO" markalı 04-BN-914 markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 1970-ci il təvəllüdlü Rəcəbəliyeva Rəna Əli qızı və 2005-ci il təvəllüdlü Vəliyev Rəvan Azər oğlu hadisə yerində keçiniblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Mövzu ilə bağlı:

Bərdədə yük maşını “Jiquli” ilə toqquşdu, 4 nəfər öldü – VİDEO

1news.az

Paylaş:
339

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər