Bakıda “canlı naviqator” - 10 yaşlı İlhamın bacarığı hər kəsi heyrətləndirir – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “canlı naviqator” - 10 yaşlı İlhamın bacarığı hər kəsi heyrətləndirir – VİDEO

11:03 - 05 / 10 / 2018
Bakıda “canlı naviqator” - 10 yaşlı İlhamın bacarığı hər kəsi heyrətləndirir – VİDEO

10 yaşlı İlham İsgəndərov Bakı daxilində və ətrafında hərəkət edən istənilən marşrut avtobusunun haradan hara getdiyini dəqiqliklə bilir. Bu bacarığına görə onu ''canlı naviqator'' adlandırırlar.

1news.az
Xezerxeber.az-a istinadən bildirir ki, İlhamın bu bacarığı onu görən hər kəsin marağına səbəb olur.

İlham deyir ki, o, marşrut avtobuslarının hərəkət istiqamətlərini öyrənməyə 3-4 yaşlarından başlayıb və ona bu işdə babası kömək edib.

İlhamın sözlərinə görə, hətta marşrut avtobuslarının xətti dəyişsə belə, o, babasından dəyişikliyi öyrənir və yadında saxlayır. Dərslərini əla qiymətlə oxuyan bu istedadlı gəncin arzusu isə həkim olmaqdır.

1news.az

Paylaş:
3136

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər