Sinaqoqun ətrafında aparılan söküntü ilə bağlı RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinaqoqun ətrafında aparılan söküntü ilə bağlı RƏSMİ AÇIQLAMA

14:46 - 08 / 10 / 2018
Sinaqoqun ətrafında aparılan söküntü ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Rəsul Rza küsəsində, Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında bir neçə köhnə, qəzalı tikililərin söküntüsü aparılır.

BŞİH-dən 1news.az-a verilən məlumata görə, hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi, 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir.

Onlardan biri qəzalı vəziyyətdə olan 2 otaqlı mənzil uzun illər xaricdə yaşayan vətəndaşa və həmin mənzilin 1 otağı isə bu sinaqoqun ravvini Moşe Kuşona məxsusdur. Mənzil mülkiyyətçiləri ilə danışıqlar aparılıb, onlara movcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət sənədləri təqdim olunduqdan sonra alqı-satqı müqaviləsinə uyğun Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş miqdarda kompensasiya vəsaitinin onlar üçün açılacaq hesaba keçiriləcəyi barədə izahatlar verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Dağ Yəhudiləri icması rəhbərliyi və üzvlərinin xahişləri əsas götürülərək sökülən tikililərin hesabına məbədin ümumi memarlıq ansanblının sahəsinin genişləndirilməsi və burada digər dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunacaq köməkçi məbəd tikilməsi nəzərdə tutulub.

Bu sinaqoq Dağ Yəhudiləri icması üzvlərinin xahişləri nəzərə alinaraq inşa olunub, ölkəmizdəki və xaricdəki yəhudi icmalarının böyük minnətdarlığı ilə qarşılanıb.

S.Xankişiyeva

 

Paylaş:
462

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər