Göygöldə zibil maşını aşdı: 2 nəfər ölüb

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
1news.az "report"-a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb.
İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Həlak olanlar Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb.
Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb.
Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfov yaralanıblar. Qəzaya uğrayan yük maşının sürücüsü isə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az