Zahid Oruc ingiliscə danışmaqdan niyə imtina etdi? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zahid Oruc ingiliscə danışmaqdan niyə imtina etdi? - VİDEO

11:10 - 09 / 10 / 2018
Zahid Oruc ingiliscə danışmaqdan niyə imtina etdi? - VİDEO

Parlamentin payız sessiyasının ilk plenar iclasında deputat Qüdrət Həsənquliyev məmurların xarici dil öyrənməsi ilə bağlı təklif irəli sürüb.

1news.az xəbər verir ki, təkliflə bağlı spiker Oqtay Əsədov bildirib ki, bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil edilmişdi:

“Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər”.

O bildirib ki, həmin kursa cəmi 3-4 deputat qatılmışdı.

"Arb" televiziyası deputatların ingilis dili bilikləri ilə bağlı sorğu keçirib. Millət vəkillərindən Elman Nəsirli, Məlahət İbrahimqızı ingilis dilində bir neçə cümlə ilə biliklərini nümayiş etdiriblər.

Milli Məclisin təşkil etdiyi ingilis dili kursuna qatılan millət vəkili Zahid Oruc ingilis dilində müəyyən bilgilərə malik olduğunu desə də, danışmaqdan imtina edib.

Xatırladaq ki, kursa sona kimi gedən deputatlar Zahid Oruc, Fazil Mustafa və Qüdrət Həsənquliyev olub.

Həmin videomaterialı təqdim edirik:

 

Paylaş:
553

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər