Məktəblilərin qaçırılması xəbəri doğrudurmu? – DİN açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblilərin qaçırılması xəbəri doğrudurmu? – DİN açıqladı

15:40 - 10 / 10 / 2018
Məktəblilərin qaçırılması xəbəri doğrudurmu? – DİN açıqladı

Son bir neçə gündə sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların “orqan mafiyası” tərəfindən qaçırılması barədə məlumatlar yayılıb.

1news.az-a məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bu cür məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Nizami rayonunda uşaq oğurluğu ilə bağlı fakt var idi və artıq həmin əməli törədən şəxs saxlanılıb. Paytaxt da daxil olmaqla ölkənin başqa ərazilərində isə məktəblinin qaçırılması ilə bağlı hər hansı bir fakt yoxdur. İnsanları bu cür şayiələrə inanmamağa çağırırram”- deyə, DİN rəsmisi qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, guya uşaqlar “orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.

1news.az

Paylaş:
2255

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər