Qüdrət Şükürovun yerinə təyinat olub

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinə yeni direktor təyin edilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinın başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmrinə əsasən, Xalid Ələkbərov "Liftəmir" İstehsalat Birliyinin baş direktoru təyin edilib. Məlumata görə, X.Ələkbərov bu gündən işə başlayıb.
Qeyd edək ki, Xalid Ələkbərov Bakı Şəhəri İcra Hakimiyyətində şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
1news.az
597