Bakı-Sumqayıt yolundakı qəzada polisin yeni evlənən oğlu öldü – FOTO – YENİLƏNİB

Bu gün səhər Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar yayılıb.
1news.az-ın Report.az-a istinadən verdiyi xəbərə görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai-Sonata” markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.
Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis darəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.
Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.
Faktla bağlı araşdırma aparılır.
09:31
Bu gün Bakı-Sumqayıt magistralında avtomobil qəzası baş verib.
1news.az-ın məlumatına görə, hadisə səhər saatlarında Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.
Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobil əks istiqamətdə hərəkət edən avtomobillərin yolunu ayıran dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində ciddi xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda yolda tıxac yaranıb.
1news.az
1news.az