Bakıda kanalizasiya quyusundan neft çıxdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kanalizasiya quyusundan neft çıxdı - VİDEO

12:08 - 11 / 10 / 2018
Bakıda kanalizasiya quyusundan neft çıxdı - VİDEO

Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb. Neft kanalizasiya xətti ilə evlərə dolub. 

1news.az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, sakinlər yaranmış vəziyyətdən narahatdırlar. 

Onlar evdə oturmağın mümkün olmadığını deyirlər. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. 

Son bir neçə gündə neft quyunun ağzına qədər qalxıb. Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirilib ki, problem qısa zamanda aradan qaldırılacaq.

1news.az

Paylaş:
1177

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər