Azərbaycanlı müğənnidən xeyirxah addım: azyaşlı Leylaya dəstək oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı müğənnidən xeyirxah addım: azyaşlı Leylaya dəstək oldu – FOTO

15:51 - 12 / 10 / 2018
Azərbaycanlı müğənnidən xeyirxah addım: azyaşlı Leylaya dəstək oldu – FOTO

Son günlər sosial şəbəkələrdə 8 yaşlı Leyla Əhmədovanın videomüraciəti geniş yayılıb.

1news.az-ın məlumatına görə, videoda azyaşlı Leyla gəzmək istədiyini və protez ayağa ehtiyacı olduğunu deyir. Eyni zamanda o qeyd edir ki, protez almaq üçün pulları yoxdur.

Azxeber.com məsələnin təfərrüatını öyrənmək üçün Leylanın anası Rəna Sadıqova ilə əlaqə saxlayıb.

Masallıda yaşadıqlarını deyən ana bildirib ki, qəza 4 ay öncə baş verib: "Bu hadisə 4 ay əvvəl baş verib. Atam 4 nəvəsini avtomobillə aparırmış. Bu zaman yol polisi avtomobili qovmağa başlayıb, atam da avtomobili saxlamayıb və qarşısına it çıxıb. O da iti vurmamaq üçün maşını qaçırıb və qəza törədib. İnanın ki, bu hadisədən sonra hələ də özümə gələ bilməmişəm. Bilmirəm atamı günahlandırım, yoxsa onu qovan yol polislərini mi? Atama da həmin dəqiqə hansısa sənədə qol çəkdiriblər ki, guya yol polisinin səhvi olmayıb. Hadisədən sonra 8 yaşlı qızımın ayağı amputasiya olundu. O yeriyə bilmir".

Valideyn bildirib ki, övladına protez alınması və əməliyyat edilməsi üçün tələb olunan pulu verə bilmir: "Hadisə zamanı qardaşımın uşaqları da maşında olub, onlar da mənə kömək edir. Qızımı tək böyüdürəm, özüm də nə qədər borc almışam. Ancaq protez almağa və əməliyyat etməyə pulum çatmır. Həkimlər deyir ki, 12 min manata yaxın pul lazımdır. Mən də sizin vasitənizlə imkanlı şəxslərdən xahiş edirəm ki, qızıma yardım etsinlər, çox çarəsiz durumdayıq".

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə səkkiz yaşlı Leyla adlı qıza yardım kampaniyası başlayıb. Bundan az sonra ayağına protez qoyulmasına və əməliyyat olunmağa maddi imkanı olmayan Leylaya müğənni Səbinə Əskərova yardım əlini uzadıb.

Bu barədə jurnalist Hacıbəy Heydərli məlumat verib. O bildirib ki, Leyla Səbinənin dəvəti ilə Bakıya gəlib və müayinə olunub. Əməliyyat üçün tələb olunan 12 min manat vəsaitin hamısını isə müğənni qarşılayacaq.

1news.az

Paylaş:
2229

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər