“Holcim Azərbaycan” bölgələrdə sement satışı ilə məşğul olan müştərilərlə görüşüb – FOTO – VİDEO
Tikinti materialları bazarında daim innovativ həll yolları tətbiq edən “Holcim Azərbaycan” şirkəti müştərilərlə keçirilən silsilə görüşlərin davamı olaraq Lənkəran şəhərində sement satışı məntəqələrinin nümayəndələri ilə görüş keçirib.
Qeyd edək ki, daha əvvəl görüşlər Bakı şəhərində və şimal regionunda baş tutub.
Cənub regionu üzrə keçirilən tədbirdə “Holcim Azərbaycan” Qaradağ sement zavodunun tarixi, təcrübəsi və nailiyyətləri haqqında, eyni zamanda tam yeni unikal formula ilə hazırlanan və 2018-ci ildə yenilənərək bazara təqdim edilən Qaradağ Spesial 400 haqqında məlumat müştərilərin diqqətinə çatdırılıb. Eyni zamanda şirkətin təklif etdiyi yeniliklərlə bağlı ətraflı məlumat verilib. Əlavə olaraq, “Holcim Azərbaycan” şirkətinin təqdim etdiyi Holcim Plus və “1000 kisədə xalis qızıl” və sosial şəbəkələrdə keçirilən kampaniyalar barəsində məlumat verilib.
Tədbirdə qeyd olunub ki, Holcim müştərilərin rəylərinə önəm və dəyər verməyə çalışır. Şirkət istifadəçilərin ehtiyaclarını öyrənərək öz məhsullarını daha da mükəmməlləşdirir. Eyni zamanda məhsul çeşidlərinin artırılması üzərində də daim çalışır. Yeni Qardadağ Spesial 400 məhsulu sınaqdan keçirilmək üçün ustaların istifadəsinə verilib. Yaxın gələcəkdə bu kimi görüşlər Azərbaycanın digər bölgələrində də keçiriləcək.
Reklam hüququnda