Xalq artistindən şok etiraf: "Anam və nənəm məni dünyaya gətirməmək üçün..." | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artistindən şok etiraf: "Anam və nənəm məni dünyaya gətirməmək üçün..."

11:38 - 17 / 10 / 2018
Xalq artistindən şok etiraf: "Anam və nənəm məni dünyaya gətirməmək üçün..."

Anam məni bətnində daşıyırdı. Düşünmüşdülər ki, ailədə qız və oğlan övladı var.  Fəhlə ailəsində dünyaya gəlmişəm. Atam fəhlə, anam işsiz idi. Bacım danışırdı ki, anam məni dünyaya gətirməmək üçün hər şey edirdi. Ağır əşyalar qaldırır, isti vannalar qəbul edirdi. Anam və nənəm rəfiqələri ilə çox planlar qurdular.  

1news.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışarkən bildirib. O, 2 ay tez dünyaya gəldiyini qeyd edib:

"Anamın hamiləliyinin 7 ayı tamam olanda ağrılar başladı. Deyiblər ki, uşaq sağlam doğulmayacaq. Amma dünyaya gəldim. Atam belə xəstəxanaya getməmişdi. Planda olmayan bir övlad kimi mənə ad qoymağı belə düşünməmişdilər. Nənəm təklif edir ki, mənə ad qoysunlar. Bu an divanda yatan böyük bacım yuxulu halda Aygün deyir. Adım olur Aygün".

A.Kazımova vurğulayıb ki, atası onun üzünü dünyaya gəldikdən bir neçə ay sonra görüb: "Bir gün evdə heç kim yox idi. Atam bundan istifadə edərək bələyi açıb və məni görmək istəyib. Atam deyir ki, səni görən günü elə bil ürəyimi yardılar, səni ora qoydular. Çünki mən atamın müharibəyə gedib qayıtmayan qardaşına oxşayırdım. Daha sonra ərköyün bir uşaq oldum." 

Xalq artisti bağçada Vitalik adlı uşağa aşiq olduğunu da qeyd edib: "Cəmi bir neçə saatlıq bağçada oldum. Vitalik adlı oğlan tanıdım. Ya o, mənə, ya da mən ona aşiq oldum, dəqiq bilmirəm. Belə çıxdı ki, biz bir-birimizə aşiq olduq. O anasına deyirdi ki, mən Aygünü sevirəm". 

Bundan başqa, müğənni kiçik yaşlarında torpaq yeməkdən xoşu gəldiyini qeyd edib: "Balaca vaxtı mənim torpaq yeməyim böyük problemə çevrilmişdi. Yəqin ki, hansısa vitaminim çatışmırdı. Bundan başqa, evə qonaq gələndə çox sevinirdim. Ayaqqabı qoyulan yerə gizlənirdim. Bizə gələnlərin ayaqqabılarının altındakı torpağı yeyirdim. Yağış yağanda daha çox sevinirdim ki, ayaqqabılar daha çox palçıqlı olur". 

1news.az

 

Paylaş:
3620

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər