Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir – CƏDVƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir – CƏDVƏL

16:51 - 19 / 10 / 2018
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir – CƏDVƏL

Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar  19.10.2018-ci il saat 00-00-dan etibarən  31.10.2018-ci il (daxil olmaqla) saat 00-00-dək “Texniki fasilə” verilir.

1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, bununla əlaqədar olaraq 22.10.2018-ci il tarixdən etibarən  31.10.2018-ci il (daxil olmaqla) tarixinədək həftənin I-V günləri Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

20, 21, 27, 28/10-2018-ci il tarixlərində  Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə ətraflı məlumatı daim yenilənən www.ady.az saytından əldə edə bilərsiniz.

S.Xankişiyeva

 

 

 

Paylaş:
973

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər