Badamdar sürüşmə zonasında çatların ölçüləri böyüyür – YENİLƏNİB

Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib.
1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu barədə Qərargahdan məlumat verilib.
Məlumata görə, sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir. Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.
09:39
Badamdarda sürüşmə zonasında monitorinqlər davam edir.
1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.
Yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Vəziyyət stabilləşməyə doğru gedir.
Badamdarda sürüşmə zonasında gərginlik davam edir
S.Xankişiyeva