“Azəri Vandam”ı döyüblər | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəri Vandam”ı döyüblər

15:58 - 22 / 10 / 2018
“Azəri Vandam”ı döyüblər

Özünü “Azəri Vandam” kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər.

1news.az-ın Yenicag.az-a istinadla verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü “Vandam” kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb.

Bu zaman gənclərdən biri “Azəri Vandam”a yaxınlaşaraq “bambılılıq etmə, ətrafda insanlar var” deyib. “Azəri Vandam”ın gəncə cavab qaytarması ona baha başa gəlib.

Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz gənc “Azəri Vandam”ı sillə-təpik altına salıb. Ətrafdakıların müdaxiləsindən sonra davanın böyüməsinin qarşısı alınıb.

Əməkdar artistdən efirdə biabırçılıq - VİDEO

S.Xankişiyeva

 

Paylaş:
6827

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər