Qatarda problem yarandı, intervalda gecikmə oldu

Bakıda metroda qatarların hərəkətində gecikmə olub.
1news.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, intervalda baş verən gecikməyə səbəb "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranması olub: "Saat 07:50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bu səbəbdən digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb".
B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdur.
1news.az
386