Bakıda restoranda ofisiantdan qabyuyan qadına qarşı iyrənc əməl | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda restoranda ofisiantdan qabyuyan qadına qarşı iyrənc əməl

10:53 - 23 / 10 / 2018
Bakıda restoranda ofisiantdan qabyuyan qadına qarşı iyrənc əməl

Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı təcavüzə cəhddə təqsirləndirilən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Nağıyev dörd il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakıda “Xan” restoranında ofisiant kimi işləyən Ş.Nağıyev həmin obyektdə qabyuyan qadını zorlamağa cəhd edib.

Şikayət əsasında saxlanılan Ş.Nağıyev həbs edilib.

1news.az

Paylaş:
2174

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər