Sumqayıtda 12 yaşlı uşağı evlərindən 25 min manat oğurlamağa məcbur ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 12 yaşlı uşağı evlərindən 25 min manat oğurlamağa məcbur ediblər

12:24 - 25 / 10 / 2018
Sumqayıtda 12 yaşlı uşağı evlərindən 25 min manat oğurlamağa məcbur ediblər

Sumqayıtda 4 nəfər 12 yaşlı uşağı hədələyərək evdən 25 min manatlıq oğurluq etməyə məcbur edib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhər sakini Elsevər Şükürov hüquq-mühafizə orqanlarına müraciət edərək bu il ərzində Orxan, Tural, Zaur və Nicat adlı şəxslərin onun 12 yaşlı oğlu Ə.-yə hədə-qorxu gələrək yeniyetməni evdən oğurluq etməyə vadar etdiklərini və bu səbəbdən oğlunun evdən müxtəlif vaxtlarda ümumilikdə 5000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək həmin şəxslərə verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
486

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər