Köməyə çağırış: Qazaxıstanda döyülərək iflic və gözləri kor olan Asimin acı taleyi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Köməyə çağırış: Qazaxıstanda döyülərək iflic və gözləri kor olan Asimin acı taleyi – VİDEO

13:30 - 30 / 10 / 2018
Köməyə çağırış: Qazaxıstanda döyülərək iflic və gözləri kor olan Asimin acı taleyi – VİDEO

Hər bir ana üçün ən böyük dərd övlad dərdidir. Bundan da böyük dərd isə köməyə ehtiyacı olan övladına kömək edə bilməməkdir - elə Nazilə Sultanova kimi. O, artıq 9 ildir ki, oğlunun həyatı üçün mübarizə aparır.

Yaşlı qadının dediyinə görə, həyat yoldaşı rəhmətə gedəndən sonra iki oğlu ilə birlikdə yaşamağa başlayıb. Lakin az keçmədən böyük oğlu təyyarə qəzasında həyatını itirib. Evin yeganə oğlu 40 yaşlı Asim ailəyə kömək etmək məqsədilə türk şirkətlərindən birinin dəvəti ilə 2008-ci ildə Qazaxıstana işləməyə gedir.

İki il sonra, 2010-cu il fevralın 2-də Bakıya qayıtmaq istəyən zaman Arman, Tellojan və Dastan adlı polis işçiləri pullarını əlindən almaq üçün onu hədələməyə başlayıblar. Razılaşmadıqda isə onu vəhşicəsinə döyüblər və bildiriblər ki, Qazaxıstandakı pullar burada qalmalıdır. Aldığı xəsarətlərdən Asimin gözləri tutulub, özü isə iflic olub. İki ay komada qalan Asim kliniki ölüm keçirib. Sonra isə onu çox acınacaqlı vəziyyətdə Bakıya gətiriblər. Onu bu hala salanlar isə cəzalandırılmadılar. Qazaxıstan prokurorluğu işi bağladı.

Çarəsiz qalan ananın müraciət etmədiyi, döymədiyi qapı qalmayıb. Lakin bu günə qədər nə ona, nə də əlil arabasına məhkum olunmuş oğluna kömək edən olmayıb. Ona ən çox pis tərsir edən isə oğlunun “Ana, mən yaşamaq istəmirəm! Mən bu vəziyyətimlə kimə lazımam?” deməsidir.

Təbii ki, bu anasının onun üçün necə əzab çəkdiyini görən Asimin əlacsızlıqdan dediyi sözlərdir. O, hər zaman onun qayğısına qalan, öz həyatını ona fəda edən anasına olan borcunu az da ödəmək üçün tezliklə ayağa qalxmağı və dünyalar qədər sevdiyi anasına dəstək olmağı arzulayır.

Sevindirici hal isə ondan ibarətdir ki, Asimin tam sağalması mümkündür. Nazilə xanımın sözlərinə görə, bunun üçün 25-30 min dollar tələb olunur. Bu qədər məbləğin onlar üçün əlçatmaz olduğunu deyən biçarə qadın oğluna yardım etmələri üçün yardımsevər insanlardan kömək gözləyir:

“Xahiş edirəm, oğlumun sağalıb ayağa durmasına kömək edin. O, hələ gəncdir, bütün həyatı qabaqdadır. Xahiş edirəm, yardım edin!”

Aşağıda Nazilə xanımın bank rekvizitlərini təqdim edirik. İstəyən şəxslər (050) 612-90-83 nömrəsinə zəng etməklə Nazilə xanımla əlaqə saxlaya bilərlər.

İnanırıq ki, Nazilə xanımın çağırışına səs verənlər tapılacaq və tezliklə Asim tam sağalaraq gözüyaşlı anasını sevindirəcək!

1news.az

Paylaş:
1578

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdirBu gün, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52
Bütün xəbərlər