Azərbaycanlı tələbələr ölkəmizi Böyük Britaniya və Tailandda təmsil edəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı tələbələr ölkəmizi Böyük Britaniya və Tailandda təmsil edəcəklər

12:36 - 30 / 10 / 2018
Azərbaycanlı tələbələr ölkəmizi Böyük Britaniya və Tailandda təmsil edəcəklər

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin uğurları il ərzində yüksək sürətlə artır. Hazırda Ali Məktəbin tələbələri noyabr ayında Azərbaycanı Böyük Britaniya və Tailandda layiqincə təmsil etmək üçün çalışırlar.

1news.az-ın məlumatına görə, Dünya Robot Olimpiadasının Azərbaycanda keçirilən regional turunda birinci yerə layiq görülmüş BANM-ın “Robo-Sapiens” adlı  komandası öz komanda üzvləri və mentorları ilə birlikdə Tailandda keçiriləcək final yarışmasına qatılacaqlar. Tailandın şimalında, Çyanq May adlı yerdə keçiriləcək finalda müxtəlif ölkələrin qalib komandaları, onları dəstəkləyən nazirliklər və digər aidiyyatı təşkilatlar iştirak edəcəklər.

BANM-dan isə  2-ci kurs “Proseslərin avtomatlaşdırılması mühəndisliy”i ixtisasının tələbələri  Xalidə Əliyeva, Eyvaz Nəcəfli, Ramil Abbaszadə və onların mentorları – III kurs eyniadlı ixtisasın tələbələri Fərid Həmidov, Nəriman Tağızadə və Ali Məktəbin “Hər şeydə internet” laboratoriyasının müdiri, baş müəllim Abbas Əlili 16-18 noyabr tarixlərindö ölkəmizi təmsil etmək üçün Tailanda yola düşəcəklər.

Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri – Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Alexandr Oborovsky və onların elmi rəhbərləri Əmir Reza Vəxşuri isə 1-2 noyabr tarixlərində Azərbaycanı Böyük Britaniyanın Edinburq şəhərində keçiriləcək “ClimateLaunchpad“ proqramının dünya finalında təmsil edəcəklər.

Qeyd edək ki, onlar özlərinin “ThermoNorth” layihəsilə 46 ölkənin iştirak etdiyi dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı – “ClimateLaunchpad”ın “ClimateLaunchpad Azerbaijan 2018” ölkə finalının qalibi olmuşdular.

Ölkəmizi təmsil edəcək hər iki komandaya final yarışlarında uğurlar arzulayırıq.

1news.az 

Paylaş:
536

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər