BNA 6 saylı avtobusun yol qaydasını pozması barədə - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA 6 saylı avtobusun yol qaydasını pozması barədə - VİDEO

11:35 - 31 / 10 / 2018
BNA 6 saylı avtobusun yol qaydasını pozması barədə - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) bir sıra KİV-də və sosial şəbəkələrdə 6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxmasına dair yayımlanan məlumat və video görüntü nəzarətə götürülərək araşdırıb.

1news.az xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub. Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb.

Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib.
Məlumat üçün onu da bildiririk ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib.

Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün “BakuBus” MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, “BakuBus” MMC-yə gəlməkdən imtina edib.


BNA sosial şəbəkə istifadəçilərindən və KİV nümayəndələrindən real vəziyyəti əks etdirməyən, birtərəfli məlumat və görüntülər yaymamaqlarını xahiş edir: “Qarşılaşdığınız bu və ya digər hallarla bağlı ilk olaraq Bakı Nəqliyyat Agentliyinə müraciət etməyinizi tövsiyə edir və nəqliyyatdakı mövcud çatışmazlıqları aradan qaldırmaqda hər birinizi birgə əməkdaşlığa dəvət edirik”.

1news.az

 

Paylaş:
475

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər