Xəzər TV-nin aparıcısı vəhşi heyvanlarla – FOTO

Aparıcı Leyla Mustafayeva səyahətə yollanıb.
1news.az xəbər verir ki, o, istirahət üçün Asiya ölkəsini seçib. Taylandda olan aparıcı oralarda gəzməklə yanaşı şəkillər də çəkdirib:
“Dünyanı dolaşın. Görə biləcəyiniz bütün röyaların ən möhtəşəmidir… Pul xərcləyərək sizi zəngin edən tək bir şey səyahətdir”.
Leylanı pələng və timsahla çəkdirdiyi şəkillər isə marağa səbəb olub.
Qeyd edək ki, L.Mustafayeva Xəzər TV-də “Ənənə boğçası” adlı verilişin aparıcısıdır.
primetime.az
1907