Əməkdar artist: “Söyüş söyməkdə doqquz qoyaram” - FOTO

Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər “Ögey ana” layihəsindən sonra ona uğur gətirən “Təhminə və Zaur” serialındakı Mədinə obrazından danışıb.
1news.az xəbər verir ki, aktrisa qeyd olunan serialda canlandırdığı obrazı ilə oxşar cəhətlərindən danışıb:
“Hələ universitetdə oxuduğum vaxt “Təhminə və Zaur” serialında çıxış etmişdim. Amma həmişə ürəyimdə Mədinəni oynamaq arzusu olub. Təhminə belə bir söz deyir ki, Mədinə söyüş söyməkdə ananın qabağına doqquz qoyar.
Təhminə də Zaura deyir ki, bəs ananın nə haqqı var ki, Mədinəyə aradüzəldən yengə desin. Artrisa kimi hər bir qadına oxşayıram, amma Kəmalə kimi özüməm.
Mədinə ilə oxşar cəhətlərimiz də var. Lazım olanda hər kəsi yerində otuzdurmağı bacaran, ədalətli, lazım gələrsə, hər bir sözdən istifadə edən… Söyüş söyməkdə doqquz qoyaram”.
yenicag.az