“Toyota xəyallarımdakı avtomobil” adlı beynəlxalq uşaq müsabiqəsinə start verilib

Ölkəmizdə keçirilən Beynəlxalq “Toyota xəyallarımdakı avtomobil” müsabiqəsi noyabrın 1-dən start götürüb.
Yaradıcılıq müsabiqənin ilkin mərhələsində ölkənin istənilən nöqtəsindən yaşı 15- ə qədər olan bütün uşaqlar xəyallarında təsəvvür etdikləri gələcəyin avtomobil konseptini çəkib bizə göndərə bilərlər. Münsiflər heyəti 9 ən yaxşı müəllif işini aşkara çıxaracaq. Qalib müəlliflər hədiyyə və sertifikatlarla təltif olunacaq.
Müsabiqənin ikinci mərhələsində dünyanın 80-dən çox ölkəsi iştirak edir. Seçilmiş ən bacarıqlı gənc istedadlar Yaponiyada keçiriləcək təntənəli mükafatlandırmada iştirak edəcəklər.
Müsabiqəyə hansı rəsmləri təqdim etmək olar?
Toyota gənc istedadların fantaziyalarına qətiyyən məhdudiyyət qoymaq istəmir. Bütün uşaqların xəyalında müxtəlif funksiyaları cəmləyən, xüsusi avtomobil haqqında fikir mövcuddur. Bu, adi yolda gedən, suyun altında üzə bilən, hətta göylərdə bərq vura bilən gələcəyin prototip avtomobili ola bilər. Rəsm üçün ad fikirləşmək və qısa olaraq onun xüsusiyyətləri barədə yazmaq şərtdir.
Rəsmlər aşağıda sadalanan qaydalara cavab verməlidir:
Yaradıcılıq zamanı uşaqlar onlar üçün rahat olan rəngli qələmlər, boyalar, flomasterlər və təbaşir kimi vasitələrdən istifadə edə bilərlər.
Rəsmdə avtomobilin ətrafı ağ yer qoymadan tam olaraq rənglənməlidir. Beləliklə, işlər blank da daxil olmaqla 5 mm-dən qalın olmamalıdır. Kollaj və aplikasiya üsullarından istifadə oluna bilər. Kağız ölçüsü: 400mm x 550mm (15.7-21.7in.) və ya daha kiçik olmalıdır
A3 ölçüsü və ya tabloid ölçüsü tövsiyə olunur (A4, dördlük və səkkizlik ölçülər də qəbul edilir), həmçinin kağızın rəngi, materialı və forması istəyə uyğun seçilə bilər. Rəsmlər çərçivədə nümayiş ediləcək/saxlanacaq.
İmkan yaradın ki, uşaqlar sizin köməyiniz olmadan rəsmi çəksinlər. Bizim üçün rəsmlərdə uşaqların xəyal güclərini canlandırması vacibdir. Ona görə də kompüter qrafikasından, fotokollajdan, hazır stikerlədən və yapışqanlardan hazırlanmış rəsmlər qəbul olunmayacaq.
Müsabiqənin beynəlxalq mərhələsində kimlər iştirak edə bilər?
Yarışmada ölkə ərazisində yaşayan uşaqların işləri qəbul olunur. Müsabiqə 3 yaş kateqoriyaları arasında keçirilir: 8 yaşa qədər, 8 – 11 yaş və 12- 15 yaş. Rəsmlər 1-30 noyabr tarixlərində qəbul ediləcək. Bundan əlavə, xüsusi anket formasını göstərilən linkdən yükləyərək tam doldurmaq lazımdır.
“Toyota xəyallarımdakı avtomobil” müsabiqəsi 2004 – cü ildən etibarən, gənc istedadların potensial yaradıcılıqlarının inkişafı və üzə çıxarılması üçün keçilən irimiqyaslı bir tədbirdir.
Əlavə məlumat və rəsmlərin qəbulu üçün əlaqə vasitəsi:
Toyota Abşeron Mərkəzi
Tel.: +994 12 349 00 60 / *0110
Mob.: +994 55 323 50 71
Tədbir Magma PR&Events şirkətinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək.