Oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

16:45 - 05 / 11 / 2018
Oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

1news.az DİM-ə istinadla xəbər verir ki, hər bir abituriyent Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.

1news.az

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər