Qızına 400 minlik toy edən sabiq məmur hamamını satışa çıxardı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızına 400 minlik toy edən sabiq məmur hamamını satışa çıxardı – FOTO

11:16 - 07 / 11 / 2018
Qızına 400 minlik toy edən sabiq məmur hamamını satışa çıxardı – FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov özünə məxsus əmlakları satışa çıxarıb.

1news.az-ın Musavat-a istinadla verdiyi xəbərə görə, o yaxın ətrafına bildirib ki, təcili olaraq 10 milyon manat lazımdır ki, köhnə işlərini sahmana salıb vəziyyətdən çıxsın. Bu məqsədlə özünün Bakının müxtəlif ünvanlarında yerləşən əmlaklarını və obyektlərini satır.

Qüdrət Şükürovun belə obyektlərindən biri də Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksidir. “Baş liftçi”nin qalmaqallarla yadda qalan qızı Aysel Şükürovanın “Türk hamamına girdim” adı ilə sosial şəbəkələrdə yayımladığı videoda kompleksin olduqca bahalı işləmələrlə zəngin olması diqqət çəkir. Həmin hamama xərclənən pullarla Bakıdakı binaların yarısına keyfiyyətli liftlər quraşdırmaq olardı.

İstintaqa cəlb edilmiş Qüdrət Şükürova təcili olaraq 10 milyon manatın niyə görə lazım olması bilinmir. Onun barəsində korrupsiya araşdırmaları davam edir.

Məlumata görə, Qüdrət Şükürovun Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksindən savayı Mərdəkandakı bir-birindən bahalı bağ evləri, Bakıda çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avroya başa gəlmiş “Mercedes S klass” son model avtomobili, “Range Rover”, “Mercedes Qalenvaqen”, “Lexsus” markalı maşınları və ictimaiyyətə bəlli olmayan sərvəti var. İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatının olması da gələn xəbərlər sırasındadır.

Qüdrət Şükürovla bağlı yeni faktlar üzə çıxdı

Qızına yarım milyonluq toy edən məmur işdən qovuldu –  FOTO

Qızına dəbdəbəli toy edən azərbaycanlı məmurun korrupsiya əməlləri üzə çıxdı – TƏFƏRRÜAT  

S.Xankişiyeva

 

Paylaş:
1145

Son xəbərlər

Bütün xəbərlər