Kontakt Home şəkilləri yapışdırılmış qadınla bağlı bəyanat yayıb – FOTO

Yaxın günlərdə ölkə gündəmini Kontakt Home şirkətinə (ABC Telecom şirkətinin tərkibinə daxil olan) olan borcu ödəmədiyi üçün qadını qeyri-adi formada cəzalandırmaq qərarı ilə bağlı xəbər zəbt etmişdi.
KİV-də yayılmış məlumatda qeyd edilir ki, borc 1538 manat təşkil edir, qadın da bu pulu ödəməkdən yayındığı üçün firma əməkdaşları onun fotolarını kağıza həkk edərək xanımın yaşadığı rayonun ərazisində yapışdırıblar.
Nəzərə alsaq ki, “kreditor-müştəri” münasibətləri Azərbaycanda bir çox vətəndaşları əhatə edir, 1news.az məsələ ilə bağlı araşdırmalar aparmağı qərara alır.
ABC-Telecom şirkətindən 1news.az-a verilən məlumatda qeyd edilir ki, insidentə heç bir aidiyyatları yoxdur:
“ABC-Telecom şirkəti müştərinin məlumatı və fotolarının yayımlanması ilə bağlı heç bir məsuliyyət daşımır. Əksinə, biz hər zaman müştərilərimizin şəxsi məlumatlarının məxfiliyi və kommersiya sirrinə ciddi yanaşırıq, əgər Azərbaycan Respublikasının qanunu tələb etməzsə, üçüncü tərəfə heç bir məlumat vermirik.
Yayılmış bu məlumat nüfuzumuza xələl gətirir. Həmçinin qeyd etmək istəyirik ki, mətbuatda yayılmış fotoları təşkil edənlərin qeyri-peşəkarlığı nəzərə çarpır.
2018-ci ilin noyabrın 5-i tarixində yayımlanmış həmin vərəqdə Kontakt Home mağazasının iki əvvəl istifadə etdiyi loqo qeyd olunub. Bir daha qeyd etmək istəyirik ki, müştəri ilə yaranmış mühahisəli məqamları şirkətin hüquqşünasları Azərbaycan Respublikasının qüvvədə olan qanunları çərçivəsində məhkəmədə həll edir.
Güman edirik ki, bu, bizi gözü götürməyənlər tərəfindən hazırlanıb və öz tərəfimizdən bu insidentin araşdırılması üçün bütün səylərimizi sərf edəcəyik. Həmçinin müştərilərimizə zəmanət verə bilərik ki, bu cür şəxsi məlumatlar şirkət tərəfindən heç vaxt yayımlanmayıb və gələcəkdə də yayımlanmayacaq. Və bizə qarşı bu təxribatı hazırlayanların şəxsiyyətini təyin etməkdə maraqlıyıq”, - deyə şirkətin bəyanatında bildirilir.
Hadisənin əsas tərəfi – borclu xanım da buna münasibət bildirib:
“Mobil telefonun qiyməti 504 manat idi, onu 12 aylıq kreditə böldülər və ayda 42 manat ödəməli idim. Mənim cəmi 436 manat borcum qalıb. Haqqımı qanuni şəkildə tələb edərək şərəfini qorumaq niyyətimdəyəm”.
Çox güman ki, Kontakt Home ədalətsiz rəqabətlə və ya bədxah insanlarla qarşılaşıb. Əgər qadın məhkəməyə müraicət edərsə burada haqq öz yerini tapacaq.
1news.az hadisələrin gedişatı izləyərək oxucuları məlumatlandıracaq.
Bakıda biabırçılıq: şirkət borcu olan qadını rüsvay etdi – FOTO
Şirkətin borca görə rüsvay etdiyi qadın: Onları məhkəməyə verəcəyəm
Tərcümə: S.Xankişiyeva