Bərdədə yeni evlənən 21 yaşlı oğlan özünü asdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə yeni evlənən 21 yaşlı oğlan özünü asdı

17:04 - 13 / 11 / 2018
Bərdədə yeni evlənən 21 yaşlı oğlan özünü asdı

Bərdə rayonunda 21 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

1news.az-ın publika.az-a istinadla verdiyi xəbərə görə, rayonun Zümürxan kəndində özünü asaraq intihar edən 1997-ci il təvəllüdlü Əmiraslanov Təvəkkül Qəhrəman oğlu Ağdərə rayonundan məcburi köçkün olub.

O, yeni ailə qurubmuş və xanımı ilə Zümürxandakı evdə, valideynləri isə kəndin yaxınlığındakı heyvandarlıq təsərrüfatında yaşayırmış.

Bildirilir ki, 21 yaşlı T.Əmiraslanovun özünü asmasından ilk olaraq həyat yoldaşı xəbər tutub. Hamilə olan gənc qadın onun asılı vəziyyətdə qalmış meyitini görərək sarsıntı keçirib və qışqıraraq qonşuları çağırıb.

Yeni ailə qurmuş və ata olmağa hazırlaşan Təvəkkülün hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
2000

Son xəbərlər

Bütün xəbərlər