Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
1news.az-a İdarədən verilən xəbərə görə, noyabrın 15-də Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti başa çatacaq:
“Hər il mayın 1-dən noyabrın 15-nə kimi olan müddətdə avtomobillərin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitələrdən istifadəyə icazə verilir. Noyabrın 15-dən sonra isə bu qadağandır. Qaydaları pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun formada cərimə ediləcəklər”.
S.Xankişiyeva
498