Hacı Şahin: İslamda “cin çıxarma” anlayışı yoxdur – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Şahin: İslamda “cin çıxarma” anlayışı yoxdur – FOTO – VİDEO

12:37 - 13 / 11 / 2018
Hacı Şahin: İslamda “cin çıxarma” anlayışı yoxdur – FOTO – VİDEO

“Cin çıxarma” ilə məşğul olanlar insanların dini cəhətdən məlumatsızlığından istifadə edirlər.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri “Məşədi Dadaş” məscidinin imamı, məşhur teoloq Hacı Şahin Həsənli Şabran rayonunda fırıldaqçılar tərəfindən Bakı şəhər sakininin döyülərək  öldürməsi xəbərinə münasibət bildirərkən deyib:

“İslamda “cin çıxarma” anlayışı yoxdur. Xəstə insanlar fırıldaqçılara deyil, həkimə, mütəxxəsislərə müraciət etməlidir. Əlbəttə ki, xəstə insanın sağalaması üçün dua etmək olar. Lakin “cin çıxarma” kimi ayinlər cəhalətdən başqa bir şey deyil. Belə çıxır ki, insan cinə Allahdan daha çox inanır. Allaha həqiqətən inanan şəxs belə addım atmaz. Bu cür hərəkətin İslamla heç bir aiddiyyatı yoxdur”.

Hacı Şahin: Əzadarlıq məclisləri gənclərdə vətənpərvərlik hisslərinin yüksəlməsinə imkan verir – VİDEO

Şabranda dəhşət - 6 nəfər ruhi xəstəni “cin çıxartma” adı ilə döyüb öldürdü

S.Xankişiyeva

 

 

Paylaş:
2839

Son xəbərlər

Bütün xəbərlər