Bakının mərkəzində qaz borusu partlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində qaz borusu partlayıb

17:11 - 14 / 11 / 2018
Bakının mərkəzində qaz borusu partlayıb

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, yanğın artıq söndürülüb:

"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".

İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.

S.Xankişiyeva

 

 

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər