BDU-nun rektoru Misir Mərdanov olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun rektoru Misir Mərdanov olacaq?

10:14 - 16 / 11 / 2018
BDU-nun rektoru Misir Mərdanov olacaq?

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib.

Sosial mediada onun sələfi olmuş sabiq təhsil naziri Misir Mərdanovun bu vəzifəyə təyin olunacağı məlumatı yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, prezidentin sərəncamından az sonra bizimyol.info-ya açıqlama verən sabiq təhsil naziri Misir Mərdanov Abel Məhərrəmovun vəzifəsindən azad olunmasından xəbərsiz olduğunu bildirib:

“Ay kişi, mən indicə Abel Məhərrəmovla birlikdə tədbirdə idim. Onun vəzifəsindən azad olunmasından xəbərsizəm. Onun yerinə kimin təyin olunacağı ilə bağlı da heç nə deyə bilmərəm”.

S.Xankişiyeva

 

Paylaş:
959

Son xəbərlər

Bütün xəbərlər