Paytaxtın iki rayonunda iməcilik keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın iki rayonunda iməcilik keçirilib – FOTO

14:46 - 19 / 11 / 2018
Paytaxtın iki rayonunda iməcilik keçirilib – FOTO

Prezident İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının  bariz nümunəsidir ki, hər il paytaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır.

Bu işlər çərçivəsində paytaxtın bütün rayonlarında iməcliklər keçirilir. Belə ki, növbəti iməcilik paytaxtımız Bakı şəhərinin Səbail və Qaradağ rayonlarında  təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, hər iki rayonunu rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin  iştirakı ilə Səbail rayonunda Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin, Qaradağ rayonunda isə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində və Lökbatan qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib.

İməcliklərdə zamanı ərazində təmizlik işləri görülüb, mövcud ağacların dibi quru otlardan təmizlənib, yeni əkiləcək ağaclarin damcı üsulu ilə suvarılmaı üçün  su xətləri çəkilib, köhnələri isə təftiş olunub.

Hər iki rayonda keçirilən iməclikdə Abşeron yarımadasının iqliminə uyğun  1500 ədəd yeni zeytun və badam ağacları əkilmiş, əvvəl əkilən ağaclara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. Bununla da rayonlarda badam ağacları əkilmiş zolaqların və ərazilərin yaradılmasına başlanıb.

Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı  olub.

Mövsüm ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcək.

Babək Cahandarov

 

           

 

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər